Azərbaycanda 600 nəfər öləndən sonra donor olmaq istəyir
351
14:12, Bu gün

Azərbaycanda 600 nəfər öləndən sonra donor olmaq istəyir

"Fevral ayından indiyədək ölümündən sonra orqanlarını bağışlayan şəxslərin sayı 50-dən 600-ə yüksəlib".
 
Moderator.az xəbər verir ki, bunu Modern.az-a müsahibəsi zamanı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
 
 
O bildirib ki, bu məsələ ilə bağlı universitetlərdə də maarifləndirmə işləri mütəmadi aparılır:
 
"Müşahidələrimiz onu deməyə əsas verir ki, yaşlı insanların əksəriyyəti orqanlarını bağışlamağa müsbət yanaşmasalar da, gənclər arasında bu tendensiya tamamilə fərqlidir. 10 milyon əhalinin 5 milyonu donor olsa da, reanimasiyadan beyin ölümünün olduğu ilə bağlı xəbər gəlməsə, bağışlanan orqanları belə götürmək mümkün olmayacaq. Bu sahədə isə ciddi işlərimiz gedir. Əvvəllər problemlərimiz var idi - sistem yeni idi. Həkimlər işin ciddiyyətini anlamırdılar. Lakin getdikcə, bu maneələr aradan qalxır", - deyə Yeganə Abbasova qeyd edib.
 
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən cari ilin aprelinə qədər 62 nəfər ölümündən sonra orqan bağışlamaq üçün müraciət etmişdi. Bu rəqəm son beş ayda təxminən 10 dəfə artaraq 600-ə çatıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər