“Ona əsəbləşə bilmirəm, məni ilk o təbrik edib” - Könül Kərimovadan ETİRAF + ÖZƏL
79
15 Sep 2025 | 11:05

“Ona əsəbləşə bilmirəm, məni ilk o təbrik edib” - Könül Kərimovadan ETİRAF + ÖZƏL

“Doğum günümdə məni bu il ilk təbrik edən nəvəm Dəniz oldu. Mənim üçün bundan böyük hiss, duyğu ola bilməz. O mənim ən böyük sevincimdir. Mən övladlarımı da hədsiz çox istəmişəm. Ən həssas yerim, zəif nöqtəm övladlarımdır. Amma nəvəmə olan sevgim tamam fərqlidir. Ona əsəbləşə bilmirəm, sanki başqa bir dünyamdır. Bu hissi yaşayanlar bilər”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Könül Kərimova deyib. Doğum gününü qeyd edən sənətçi xanım etiraf da edib:


“Bu yerlərə gələnə qədər çox əziyyətlər çəkmişəm. Geriyə baxanda o illəri xatırlayıram. Məktəb illərini, tələbəlik illərini. Əziyyətsiz heç nə yoxdur. O əziyyətləri çəkməsəydim bu yerlərə gəlməzdim” deyə müğənni bildirib.


Müğənni gənclərin retro mahnıları yeni aranjimanda oxumasına da münasibət bildirib:


“Yenilik, fərqlilik gözəldir. Amma çərçivəsində. Mahnının tamamilə qol-qanadını sındırmaq olmaz. Bunları çox çətin qəbul edirəm. Elə peşəkar gənclərimiz var ki, retro mahnını götürüb yeni anarjimanda ifa edirlər. Bunu bəyənirəm. Bir də var ki, hədsiz dərəcədə mahnını dəyişirlər. Mən bunun qəti əleyhinəyəm”


Müğənni sevənlərinə sürpriz hazırlayır:


“Gözəl yeniliklərim olacaq. Bir azca da səbirli olun” deyə bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər