Bizi sosial şəbəkələrdən izləyin:
"İllərlə o yerlərin həsrəti ilə yaşadım, bir gün yenidən qayıdacağımıza ümidimi itirmədim. Kəlbəcərdən ağlaya-ağlaya gəlmişdim, indi isə gülə-gülə qayıdıram".
Moderator.az xəbər verir ki, bu sözləri "Report"a müsahibəsində Kəlbəcərdən olan keçmiş məcburi köçkün, 113 yaşlı Xeyrənisə Baxışəliyeva deyib.
Onun sözlərinə görə, 44 günlük müharibənin sonunda Zəfər Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, güclü ordu və xalqın birliyi sayəsində əldə edilib:
"Prezidentimiz və güclü ordumuz olmasaydı, mən Kəlbəcərin həsrətində qalardım. İndi isə mən sevinə-sevinə uşaqlığımı, gəncliyimi və 80 yaşıma qədər yaşadığım doğma torpağıma qayıdıram. Biz orada çox xoşbəxt və mehriban yaşayırdıq, yaxşı qonşularımız var idi. Son bir arzum qalıb, cənab Prezident Kəlbəcərdə qonağım olsun, mən ona çay gətirim".
Qeyd edək ki, X.Baxışəliyevanın üç oğlu, 10 nəvəsi, 18 nəticəsi və üç kötücəsi var.