Bizi sosial şəbəkələrdən izləyin:
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası arasında təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində Komissiyanın İşçi qrupu tərəfindən azadlıqdan məhrum edilmiş şəxslər üçün mütəmadi olaraq seminar-treninqlər təşkil olunur.
Moderator.az xəbər verir ki, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində məhkumlarla keçirilmiş növbəti görüşlərdə narkomaniyanın doğurduğu nəticələr və bir sıra xəstəliklərin yayılması yolları haqqında çıxışlar edilib, müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Bakı Şəhər Narkoloji Mərkəzinin məsul əməkdaşları iştirak ediblər.