İsrailin Dohaya hücumundan sağ çıxan HƏMAS liderləri ilk dəfə görünüblər - FOTO
261
11 Sep 2025 | 23:13

İsrailin Dohaya hücumundan sağ çıxan HƏMAS liderləri ilk dəfə görünüblər - FOTO

İsrailin hava hücumlarından sağ çıxan HƏMAS liderləri ilk dəfə ictimaiyyət qarşısına çıxıblar.
 
Moderator.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
 
Mediada yayılan görüntülərdə HƏMAS-ın bir neçə liderinin, o cümlədən Usamə Həmdan, İzzat ər-Rişq və Hussam Bədranın İsrailin hərəkatın Dohadakı qərargahına hücumu nəticəsində həlak olanların dəfn mərasimində ilk dəfə görünməsi əks olunub.
 
HƏMAS həmçinin açıqlamasında bildirib ki, hərəkatın siyasi bürosunun rəhbəri Xəlil əl-Həyyin həyat yoldaşı və gəlini Hummam əl-Həyy və bir neçə nəvəsi Dohadakı iqamətgahlarına hücum nəticəsində yaralanıblar.
 
Xatırladaq ki, İsrail ordusu sentyabrın 9-da HƏMAS təşkilatının Qətərin paytaxtı Dohada yerləşən qərargahına havadan zərbə endirib. Əvvəl HƏMAS lideri və təşkilatın idarə heyətinin əsas üzvlərinin öldürüldüyü açıqlansa da, daha sonra məlumat təsdiqini tapmayıb.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər