Bizi sosial şəbəkələrdən izləyin:
Federal Təhqiqat Bürosunun (FTB) Solt-Leyk-Sitidəki ofisi siyasi xadim və ABŞ Prezidenti Donald Trampın silahdaşı Çarli Kirkin ehtimal edilən qatilinin fotosunu yayımlayıb.
Moderator.az bildirir ki, müvafiq foto FTB-nin "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Biz ictimaiyyətdən Çarli Kirkin qətlində əli olmaqda şübhəli bilinən şəxsin müəyyənləşdirilməsinə kömək etməsini xahiş edirik", - deyə paylaşımda vurğulanır.
Qeyd olunur ki, qətlin törədilməsində istifadə edilən silahın üzərində bir neçə yazı, o cümlədən inisiallar aşkar edilib.