393
15:47, Bu gün

"Uşaqlarda diş qıcırtısı valideynləri narahat etməsin" – Həkim-stomatoloq

“Uşağın yuxuda və ya gündüz vaxtı dişlərini sıxması və qıcırtı ilə sürtməsi bruksizm adlanır. Bu hal əsasən gecələr müşahidə olunur”.
 
Moderator.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim-stomatoloqu Güney Həsənova bildirib.
 
Onun sözlərinə görə, bruksizm daha çox süd dişləri dövründə (3–6 yaş arası) meydana çıxır:
 
“Dişlər arasında düzgün təmas formalaşmadığı üçün ağız-çənə sistemi öz-özünü uyğunlaşdırmağa çalışır. Bu proses zamanı diş sıxma və qıcırtı ola bilər. Süd dişləri dövründə bruksizm tamamilə təbii və keçici haldır. Daim dəyişən diş vəziyyətinə görə bu hallar təkrarlana bilər, amma müalicəyə ehtiyac yoxdur. Süd dişləri dövründə diş qıcırtısı zamanla keçib gedir”.
 
G.Həsənova əlavə edib ki, gecə taxmaq üçün nəzərdə tutulan xüsusi aparatlar bu dövrdə lazım deyil:
 
“Belə vasitələr yalnız valideynləri sakitləşdirmək üçündür, uşağa fayda vermir. Valideynlər uşağı müşahidə etməli, amma narahat olmamalıdır. Əgər bu vəziyyət daimi dişlər çıxdıqdan sonra da davam edirsə, stomatoloqa müraciət etmək məsləhətdir. Həmçinin, uşaqda stres, yuxu pozuntusu və ya gündəlik gərginlik hiss olunursa, uşaq psixoloqu ilə məsləhətləşmək faydalı ola bilər”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər