Bizi sosial şəbəkələrdən izləyin:
“Cadu 4: Son Ayin” Amerika qorxu filminin öncədən nümayişi keçirilib.
Moderator.az xəbər verir ki, filmin nümayişindən öncə qonaqlar üçün xüsusi şou hazırlanıb və onlar özlərini o biri dünyanın mərkəzində hiss ediblər.
Tədbir üçün xüsusi olaraq tematik fotozona hazırlanıb. Peşəkar aktyorlar isə fövqəltəbii aləmin qəhrəmanlarına çevrilərək “Cadu” süjetinə tam qərqolma effekti yaradıblar.
Qapalı nümayişdə tanınmış simalar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, məşhur franşizanının dördüncü hissəsi, tanınmış demonoloqlar və paranormal hadisələr üzrə ekstrasenslər Ed və Lorreynin həyat və araşdırmalarının qaranlıq xronikasını açmağa davam edir. Əvvəlki filmlərdə olduğu kimi, bu hissə də real hadisələrə əsaslanır və izləyiciləri daha gərgin, sirli və gözlənilməz süjet xətti ilə heyrətləndirməyə hazırdır.
Rejissor: Maykl Çaves.
İstehsalat: Warner Bros. Pictures.
Baş rollarda: Vera Farmiqa, Patrik Uilson və başqaları.