Misirdə müəmmalı şəkildə yoxa çıxan İran rəsmisi tapılıb - FOTO
418
12:20, Bu gün

Misirdə müəmmalı şəkildə yoxa çıxan İran rəsmisi tapılıb - FOTO

Dünən Misirdə qaçırıldığı bildirilən İranın keçmiş mədəniyyət müşaviri Əmir Musəvi İraqa qayıdıb.
 
Bu barədə "Azad İran" Telegram" kanalı məlumat yayıb.
 
Ərəbdilli mətbuatda tanınmış sima olan Əmir Musəvinin bir gün öncə Qahirədə oğurlandığı ilə bağlı xəbərlər yayılmışdı. Daha sonra İran mediası onu müdafiə nazirinin keçmiş müşaviri kimi təqdim etmişdi.
 
Məlumata görə, Əmir Musəvi bu xəbərlərin ardından özünün "X"dəki hesabında paylaşım edərək, İraqa təhlükəsiz şəraitdə qayıdışının təmin olunmasında göstərilən səylərə görə İran və İraq hökumətlərinə, eləcə də Misirdəki səfirliklərə təşəkkürünü bildirib.
 
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat konfransında da Musəvinin İraq pasportu ilə Misirə daxil olduğunu və bir müddət Qahirədə yoxa çıxdığını açıqlayıb.

 

Link kopyalandı!
Son xəbərlər