Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə ABŞ-nin alyasdakı daimi nümayəndəsi Metyu Uitaker ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı Nümayəndəliyinin "X" hesabında paylaşım edilib.
Qeyd edilib ki, tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, gələcək əməkdaşlıq perspektivləri, Azərbaycan-Ermənistan arasında sülh prosesi ilə bağlı müzakirələr aparıblar.
"Biz ABŞ-nin, Prezident Donald Trampın bölgədə və onun hüdudlarından kənarda sülhün, sabitliyin təşviqindəki rolunu yüksək qiymətləndiririk", - paylaşımda deyilir.