Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyəli aktyor Kıvanç Tatlıtuğun dublyoru Mehmet Tanın sosial media hesabında paylaşıdığı kadrlar müzakirələrə səbəb olub. Belə ki, həmin görüntülər aktyorun baş rolunu ifa etdiyi "Ailə" serialının çəkiliş meydançasında lentə alınıb. Bəlli olub ki, təhlükəsizlik məqsədi ilə yanğın səhnəsində Kıvançın dublyorundan istifadə edilib. Bu, isə izləyicilərin narazılığına səbəb olub. Onlar serialın hər bölümündən 1,5 milyon lirə qonorar aldığı halda sözügedən səhnədə özünün çəkilmədiyinə görə Kıvançı tənqid ediblər.
Bundan başqa, görüntülərin yayımlanmasının və tənqidlərin çoxalmasının ardından Mehmet Tan çalışdığı prodüser şirkəti tərəfindən işindən qovulduğunu açıqlayıb. Moderator.az-a özəl açıqlama verən aktyor, dublyor Mehmet Tan vəziyyəti tam təfərrüatı ilə izah edib:

“Mən 12 ildir ki, peşəkar parkurçuyam. Parkur idmanının verdiyi adrenalinə görə həm sənətimi davam etdirərək, həm də bu işdən pul qazanmaq üçün dublyorluq sənətinə baş vurdum. Daha sonra aktyor olmaq xəyalım üzə çıxdı. Aksiyon və döyüş səhnələrinin aktyoru olmaq istəyirəm. O ki, qaldı dublyorluğa.. 6 ildir ki, sırf dublyor çalışıram. Bir də onu söyləyim ki, parkurçular daha gözəl dublyor olurlar. Çünki parkurda düşmələr, qalxmalar olur. Fiziki baxımdan dolayı bu kimi hərəkətləri biz daha tez edə bilirik. Buna görə də parkurçuluğu dublyorluqla, dublyorluğu da aktyorluqla dəyərləndirməyi düşünürdüm. Kerem Bursin, Kıvanç Tatlıtuğ, Deniz Baysal və s. sənətkarlarla çalışmışm. Onların dubyorları olmuşam. Əslində mən həm dublyorluq sənətinin daha çox yayılması, həm də öz sənətimi göstərmək üçün instaqram üzərindən kamera arxası görüntüləri paylaşırdım. Kıvanç Tatlıtuğ ilə bağlı olan səhnənin bu qədər gündəm olacağını təxmin etməmişdim. Çox kamera arxası görüntülərim var, bəlkə də hamısını paylaşmamışdım. Kıvançı bir aktyor kimi çox istədiyimə görə görüntüləri paylaşdım. Dublyordan təkcə təhlükəli səhnələrdə istifadə etmirlər, bəzən serial setinin daha tez bitməsi, kollektivin evə daha tez getməsi üçün dubyorlardan istifadə edirlər. Mən işimdən olmaq istəməzdim. Niyə görə mövzu bu qədər dərinliyə gedib çıxdı, bilmirəm? Bundan əvvəl də mən işimi göstərmək üçün kamera arxasından görüntülər paylaşmışam. İndiyə qədər belə problemlə üzləşməmişəm. Bu sahədə xal qazanmaq istəyən insanlar olur. Onun üçün də bir şey edib onun gözünə girmək istəyən birisi də ola bilər” deyə o bildirib.
