Bizi sosial şəbəkələrdən izləyin:
“Həm Bakıda, həm də bölgələrdə toy və tədbirlərə dəvət alırıq. Dövlət konsertlərinə də gedirik. Çıxışlarımız istəyə bağlıdır. Fərqlidir, hansısa məhdudiyyətlər yoxdur. Hər kəsin büdcəsinə uyğun qonorar təklif edirik. Qrup 7 nəfərdən ibarətdir, bir bəydir, 6 nənə. 1 toy üçün Lənkərandan Bakıya gəliriksə, yarım saatı 1000-1500 azn alırıq. Amma eyni gündə 3 məclis olarsa, saatlara bölürük ki, hər toyda iştirak edə bilək. Bu zaman qonorarda bir az endirim edirik”.
Bunu Moderator.az-a açıqlamasında məşhur “Nənələr” qrupunun üzvü Gülbəzək Kərimova deyib. O daha sonra əlavə edib:
“Toylar olmayanda da bizim hər həftə şou proqramlarımız olur. Məhərrəm ayında istirahət edirik. O ki, qaldı sırf dolanmağa.. Biz nənələr artıq yaşlı adamlarıq, dövlətdən pensiya alırıq. Maliyyəni ancaq özümüz özümüzə xərcləyirik. Bunu da toylardan, el şənliklərindən qazanırıq” deyə o bildirib.
Qrupun həm üzvü, həm də meneceri Azad Kərimli isə bildirib ki, “Nənələr” əvvəllər başqa adla fəaliyyətə başlayıb:
“Qrupun ən yaşlı nənəsinin 88 yaşı var. Qrup 1957-ci ildən fəaliyyətdədir. 1997-ci ilə qədər “Bacılar” adı ilə fəaliyyət göstərib. “Nənələr” adını qrupa 1997-ci ildə Lənkəranda səfərdə olan Ulu Öndər Heydər Əliyev təklif edib. Nənələrin ifasında 100-ə yaxın bayatı və mahnı var. Onları məşhurlaşdıran ifa isə “Ay lolo” olub. Ansamblın bədii rəhbəri Fərhad Məmmədovdur” deyə o bildirib.