“Ay yer kürəsindən uzaqlaşır, bunun neqativ nəticələri ola bilər” - ekoloqdan HƏYƏCAN TƏBİLİ+ÖZƏL
338
09:46, Bu gün

“Ay yer kürəsindən uzaqlaşır, bunun neqativ nəticələri ola bilər” - ekoloqdan HƏYƏCAN TƏBİLİ+ÖZƏL

“Günəş və ayın tutulması təbiətin bir hadisəsidir. Bunlar astrofizika qanunları əsasında baş verir. Ona görə də hər iki ildən bir günəş və ay tutulur. Bu ayın yerlə günəş arasında qalması zamanı günəşin ayın diskini örtməsi hadisəsidir. Tam hissəsini də tuta bilər, həlqəvi də ola bilər. Qədim zamanlarda insanlar bu təbiət hadisəsinə inanmırdılar. Ay tutulmasını bədbəxt bir hadisələrin baş verəcəyinə işarə edirdilər. Təşvişə düşürdülər, həyəcan keçirirdilər. Hətta bizim rayonlarımızda, kəndlərimizdə insanlar əllərinə mis qab alırdılar və qaba döyəcləyirlərmiş. İnsanlar bu təbiət hadisəsinə sırf emosional sferadan baxırdılar. Onlar zənn edirdilər ki, mis qaba döyəcləməklə ayın tutulmasının qarşısını ala bilərlər. Amma bu sadəcə bir inanc idi”.
 
Bunu Moderator.az-a açıqlamasında ekoloq Gülçöhrə Hüseynova deyib. O daha sonra əlavə edib:
“Ay tutulmasının insan sağlamlığına heç bir mənfi təsiri yoxdur. Müəyyən olunub ki, ay yer kürəsindən bir santimetr uzaqlaşmaqdadır. Gələcəkdə bunun neqativ nəticələri ola bilər. Çünki ayın özünün yer kürəsindəki həyata çox böyük təsiri var. Bu hadisənin nəinki insanlara, hətta heyvanlara və bitkilərə də neqativ təsiri yoxdur. Əvvəllər də ay tutulmasında heç bir mənfi təsir olmayıb. Heç bir neqativ hadisə baş verməyib. Sadəcə olaraq xəstələr özlərini psixoloji təsirlərdən qorusunlar. Ayın tutulması bəzi ölkələrdə görünsə də, bəzilərində görünə bilmir. 2023-cü ildə bizdə görünüb az bir hissəsi, indi də tamamilə göründü. Avstraliyada, Asiya ölkələrində ay tutulması görünür, amma əksər ölkələrdə görünmür, onlar bunu müşahidə edə bilmirlər” deyə ekoloq bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər