Bitkoin 2 %-ə yaxın ucuzlaşdı
228
18:45, Bu gün

Bitkoin 2 %-ə yaxın ucuzlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 111 min ABŞ dollarından aşağı düşüb.

Moderator.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 1,88 % ucuzlaşaraq 110,89 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 2 trilyon 208,6 milyard ABŞ dolları həddinə enib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan "Ethereum"un qiyməti isə son bir sutkada 3,79 % azalaraq 4,3 min ABŞ dolları olub.

Kriptovalyuta bazarının toplam dəyəri son sutkada 1,51 % azalaraq 3,81 trilyon ABŞ dollarına düşüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər