Şamaxı rayonunun Mərzəndiyyə kəndində içməli su layihəsi həyata keçirilib - FOTOLAR
311
14:12, Bu gün

Şamaxı rayonunun Mərzəndiyyə kəndində içməli su layihəsi həyata keçirilib - FOTOLAR

Şamaxı rayonunun Mərzəndiyyə kəndində içməli su layihəsinin birinci zonasının açılış mərasimi olub.
 
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Moderator.az-a verilən məlumata görə, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, təşkilatların rəhbərləri və əməkdaşları, o cümlədən Agentliyin və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
 
Çıxışlarda bildirilib ki, artıq kənd sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, bu layihə dövlət qurumları və təşkilatların birgə əməkdaşlığı ilə həyata keçirilir.
 
Mərzəndiyyə kəndi 1350 nəfərlik əhalisi, 220 ev təsərrüfatı ilə Şamaxı rayonunun mühüm yaşayış məntəqələrindən biridir. Layihə iki zona üzrə planlaşdırılıb. Hazırda birinci zona üzrə işlər yekunlaşıb, ikinci zona üzrə isə icra davam edir. Layihənin əsas məqsədi kənddə yaşayan bütün ailələrin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasıdır.
 
Qeyd edək ki, layihə zamanı su buraxıcılar, hava buraxıcı qurğular, müxtəlif ölçülü siyirtmələr və digər zəruri avadanlıqlar quraşdırılıb, 110 evə su verilib və sayğaclaşdırma prosesi mərhələli şəkildə aparılır. Hazırda layihənin icrası davam edir və çox yaxın zamanda 220 evin hər birinə fərdi su çıxışı veriləcək. Layihə çərçivəsində Pirsaat çayı üzərində yerləşən Nəsimi Nasos Stansiyasından 100 m³/saat məhsuldarlığa və 45 kVt gücə malik nasos aqreqatı vasitəsilə 5628 metr uzunluğunda, diametri 110 mm olan polietilen borularla su xətti çəkilib. Onun 1400 metri Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən inşa olunub. Kəndin yuxarı hissəsində 63 kub metr həcmində su çəni quraşdırılıb. Ümumilikdə isə 6900 metr uzunluğunda müxtəlif diametrli yeni su şəbəkəsi qurulub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər