435
13:44, Bu gün

"Ukrayna savaşı 2026-cı ildən tez bitməyəcək" - Ukrayna Baş Kəşfiyyat İdarəsi

 
"700 minlik işğalçı qüvvə Donbasda cəmlənib, milyonlarla mərmi isə Pxenyandan gətirilir..."
 
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ)  müharibənin gedişi, Rusiya ordusunun resursları və Şimali Koreyanın Kremlə yardımına dair mühüm açıqlamalar verib.
 
Moderator.az xəbər verir ki, bu barədə BKİ nümayəndəsi Andrey Yusov "Новости.LİVE" nəşrinə müsahibəsində danışıb.
 
Müharibənin sonu üçün şərtlər
Andrey Yusov bildirib ki, müharibənin 2026-cı ilin sonuna qədər bitməsi yalnız bir neçə amilin üst-üstə düşməsi ilə mümkündür. Bunlara Rusiyaya qarşı daha sərt iqtisadi-sanksiya təzyiqi, Ukraynaya gücləndirilmiş hərbi və maliyyə yardımı, həmçinin beynəlxalq tərəfdaşların prinsipial mövqeyi daxildir. Onun sözlərinə görə, Ukrayna müharibənin ədalətli sülhlə bitməsi üçün "mümkün olan bütün vasitələri işə salır".
 
700 minlik Rusiya ordusu
 
Yusovun məlumatına görə, hazırda Ukrayna ərazisində təqribən 700 min rus hərbçisi yerləşdirilib. Bu say təkcə ordu deyil, həm də xüsusi xidmət orqanları və "Rosqvardiya" qüvvələrini əhatə edir. Əsasən Donetsk istiqamətinə cəmləşən bu qüvvələr Kremlin prioritetlərini göstərir. Eyni zamanda, Şimali Koreyadan göndərilən əsgərlərin yalnız Rusiya ərazisində döyüşdüyü vurğulanıb. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, artıq minlərlə şimalikoreyalı döyüşçü itki verib, amma Pxenyan əlavə qüvvə göndərməyə hazırlaşır.
Sursatların 40 faizdən çoxu Şimali Koreyadan gətirilir
 
Ukrayna kəşfiyyatı xəbərdarlıq edir ki, Rusiya ordusunun döyüş qabiliyyətini saxlayan əsas amillərdən biri Şimali Koreyadan gələn sursatdır. Yusovun sözlərinə görə, cəbhədə Ukraynaya atılan mərmilərin 40-60 faizi Şimali Koreya istehsalıdır. Bu, "milyonlarla mərmi" deməkdir və Rusiyanın müharibəni uzatmaq imkanlarını artırır. Yusov əlavə edib ki, əgər Pxenyanın yardımı olmasaydı, Rusiya artilleriyasının atəş gücü əhəmiyyətli dərəcədə zəifləyərdi.
 
Fərqli proqnozlar
 
Müharibənin sonu ilə bağlı dünya liderləri müxtəlif proqnozlar verirlər: ABŞ-ın istefada olan generalı Ben Hoces savaşın daha bir il və ya ilyarım davam edə biləcəyini düşünür; Almaniya kansleri Fridrix Mers isə uzunmüddətli müharibəyə hazır olduğunu bildirir. Braziliya prezidenti Lula da Silva isə əksinə, münaqişənin yaxın zamanda bitəcəyinə inanır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər