Britaniyalı cərrah sığortadan pul almaq üçün öz ayaqlarını amputasiya etdirib - FOTO
177
08:56, Bu gün

Britaniyalı cərrah sığortadan pul almaq üçün öz ayaqlarını amputasiya etdirib - FOTO

Böyük Britaniyada məhkəmə keçmiş damar cərrahı, 49 yaşlı Nil Hopperi 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
 
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
 
Belə ki, həkim Nil Hopper sepsisi (çürümə - red.) əsas gətirərək hər iki ayağını amputasiya etdirib. Daha doğrusu, 2019-cu ilin aprelində o, ayaqlarını qəsdən elə dondurub ki, ayaqları fəaliyyətini dayandırsın.
 
Qeyd olunub ki, Nil Hopperin məqsədi səhhətini bəhanə edərək sığorta pulu əldə etmək olub. Beləliklə, bu yolla o, 466 min funt sterlinq (təxminən 1 milyon manat - red.) sığorta pulu alıb. N.Hopper pulları avtomobil, cakuzi və ev təmiri üçün xərcləyib. /Oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər