14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - FOTO
322
12:16, Bu gün

14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - FOTO

Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirdiyinə görə saxlanılan Günay Novruzova barəsində həbs-qətimkan tədbiri seçilib.
 
Moderator.az xəbər verir ki, bu barədə qərar Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılıb. Qərara görə, G. Novruzova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, Sabunçuda yetkinlik yaşına çatmayan uşağın xalası tərəfindən zorakılığa məruz qaldığı haqqında xəbərlər yayılıb.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində təhqiqat araşdırması aparılıb. Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.
 
Cinayət işi üzrə Sabunçu Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, 14 yaşlı yeniyetmə valideynlərini itirib. Ona xalası tərəfindən işgəncə verildiyi iddia olunub. Yeniyetmə artıq səhiyyə müəssisəsinə yerləşdirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər