Qızıl-zinət əşyalarının Azərbaycandan qanunsuz çıxarılmasının qarşısı alınıb - FOTO
185
09:17, Bu gün

Qızıl-zinət əşyalarının Azərbaycandan qanunsuz çıxarılmasının qarşısı alınıb - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.
 
Bu barədə Moderator.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
 
Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər