Azərbaycana məxsus 4 kənd bu şərtlə qaytarılır - AÇIQLAMA
299
14:04, Bu gün

Azərbaycana məxsus 4 kənd bu şərtlə qaytarılır - AÇIQLAMA

"ATƏT Minsk qrupunun buraxılmasından sonra Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinə yalnız bir maneə qalıb. Bu, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların olmasıdır. Eyni zamanda Ermənistan parlamentində imzalanacaq sülh sazişinin ratifikasiya edilməsi məsələsi də qarşıdan duran problemlərdən hesab edilir".
 
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf-a politoloq Fərhad Mehdiyev deyib.
 
Politoloq Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasını da həllini gözləyən məsələlər kimi xarakterizə edib: “Əsas vacib amil isə konstitusiya dəyişikliyidir. Sözsüz, hər iki tərəf eksklavlarla (Qazaxın 3 kəndi, Naxçıvanın Kərki kəndi-red.) bağlı fərqli yanaşma sərgiləyir. Bunun necə həll olunacağını indidən söyləmək çətindir. Bu, hökumətlər arasında qarşılıqlı olaraq aparılan danışıqlardan asılıdır”.
 
 
Fərhad Mehdiyev Zəngəzur dəhlizinin (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu - TRIPP) açılması ilə bağlı avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmaya əsasən formalaşan komissiyaların hələlik işə başlamadığını vurğulayıb: “İlk növbədə dəhlizin keçəcəyi yer müəyyənləşməlidir.
 
Ermənistan razılaşmaya əsasən ABŞ ilə bu məsələləri həll etməlidir. Ərazi müəyyənləşdikdən sonra onun Amerikaya məxsus özəl şirkətə 99 illiyinə icarəyə verilməsi nəzərdə tutulub. Bundan sonra isə növbəti addımlar atıla bilər”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər