Xəzər Universitetinə rektor təyin OLUNDU - FOTO
172
12:00, Bu gün

Xəzər Universitetinə rektor təyin OLUNDU - FOTO

Xəzər Universitetinə yeni rektor təyin edilib.
 
Moderator.az-ın məlumatına görə, qərar ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən qəbul edilib.
 
Qərara əsasən, Raziyə İsayeva universitetin rektoru təyin olunub.
 
O, bundan əvvəl universitetin İqtisadiyyat və Menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.
 
Raziyə İsayeva həm bakalavr, həm də magistr təhsilini Xəzər Universitetində alıb, Corc Vaşinqton Universitetində "Layihələrin idarə olunması" üzrə magistr dərəcəsini qazanıb, 2024-cü ildə isə Finlandiyanın Lapland Universitetində fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər