Paytaxt meriyası Xəzər rayonunda müşavirə keçirdi - FOTO
194
11:19, Bu gün

Paytaxt meriyası Xəzər rayonunda müşavirə keçirdi - FOTO

Xəzər Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
 
Moderator.az xəbər verir ki. bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
 
Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Ayaz Hüseynov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Baki şəhər və Xəzər rayonunun kommunal sahələrinin rəhbərləri və ərazi üzrə nümayəndələrinin iştirak etdiyi müşavirədə layihənin gedişatı müzakirə edilib,müşahidə olunan müsbət dinamika vurğulanıb.
 
Çıxış edənlər qeyd edib ki, layihə Prezident İlham Əliyevin tapşırıqları əsasında bütün paytaxt ərazisində uğurla tətbiq olunur. Bakı şəhərinin kommunal strukturlarının maddi-texniki bazası gücləndirilir və bu da öz növbəsində layihəni uğurla tətbiq etmək üçün imkan yaradır.
 
Müşavirədə həmçinin bəzi qəsəbə üzrə nümayəndələrinə işlərin daha da gücləndirilməsi tapşırığı verilib.
 
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir. Bu layihəyə bu ilin iyun ayından artıq 10-cu rayon - Xəzər rayonu da qoşulub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər