Bizi sosial şəbəkələrdən izləyin:
Perunun Libertad bölgəsində arxeoloqlar üç-dörd min il əvvələ aid unikal barelyef aşkar ediblər.
Moderator.az bildirir ki, oxu.az bu barədə "The Guardian" nəşrinə istinadla xəbər verir.
Peru alimlərinin fikrincə, tapıntı əvvəllər aşkar edilmiş artefaktlar arasında unikaldır.
Məlumata görə, relyef texnikası ilə hazırlanmış freskanın bir tərəfində torlara ilişmiş balıqlar, digər tərəfində ulduzlar və bitkilər də daxil olmaqla simvolik motivlər təsvir olunub.
Nadir relyefinə və mənzərəliliyinə görə tapıntı alimlər tərəfindən "3D freska" adlandırılıb.
Təxminən beş metr uzunluğunda və iki metr enində olan abidə Tanquçe kəndi yaxınlığındakı təpədə tikilinin bünövrəsi olub.