Bakının mərkəzində yerləşən liseydə ACINACAQLI VƏZİYYƏT - FOTOLAR
564
14:15, Bu gün

Bakının mərkəzində yerləşən liseydə ACINACAQLI VƏZİYYƏT - FOTOLAR

Yeni dərs ilinin başlamasına sayılı günlər qalsa da, Bakının Nərimanov rayonu, Fərəli Xan Xoyski 91 ünvanında yerləşən 43 nömrəli məktəb-liseydə faciəvi vəziyyət hökm sürür.
 
Valideynlərin sözlərinə görə, məktəb binası istifadəyə yararsızdır. Onlar qeyd ediblər ki, sinif otaqları bərbad vəziyyətdədir, divarlar rütubət və küf basıb, elektrik xətləri köhnəldiyindən hər an təhlükə yarada bilər. Bundan əlavə, istilik sistemi işləmir, idman zalı yararsız vəziyyətdədir, məktəbin həyəti isə baxımsızlıqdan dağınıq və uçuq haldadır.
 
Valideynlər bildiriblər ki, dəfələrlə Təhsil Nazirliyinə və aidiyyəti qurumlara müraciət olunsa da, məsələ ilə bağlı heç bir tədbir görülməyib:
 
“Biz övladlarımızı belə şəraitdə məktəbə göndərməkdən çəkinirik. Təhsil almaq üçün gələn uşaqlar həm sağlamlıq, həm də təhlükəsizlik baxımından risk altındadırlar”, – deyə müraciətdə vurğulanır.
 
Şikayətçilər məsələ ilə bağlı təcili şəkildə tədbir görülməsini, məktəbin əsaslı təmir olunmasını tələb edirlər.
 
Fotoları təqdim edirik. /Gundem24.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər