Valeri Meladzenin qızı axtarışa verilib - FOTO
540
12:44, Bu gün

Valeri Meladzenin qızı axtarışa verilib - FOTO

Rusiyalı müğənni Valeri Meladzenin qızı Arina ödənilməmiş yol cərimələrinə görə məhkəmə icraçıları tərəfindən axtarışa verilib.
 
Bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
 
Qeyd olunub ki, 22 yaşlı Arina Meladze cərimələrini gecikdirib və bu səbəbdən Rusiyanın Federal Məhkəmə İcraçıları Xidməti ona qarşı icraat işi açıb.
 
Arinanın axtarışa verilməsinə səbəb iyunun 1-də ona kəsilmiş cərimə olub - həmin vaxt o, qırmızı "Mercedes GLA" avtomobilində sürət həddini aşıb. Cərimə 750 rubl (təxminən 16 manat) təşkil edib.
 
Ümumilikdə, KİV qıza qarşı 123 min rubl (təxminən 2 600 manat) məbləğində 153 cərimənin kəsildiyini öyrənib. İndi nəşr iddia edir ki, Meladzenin qızının cəmi 4 500 rubl (təxminən 95 manat) məbləğində 6 ödənilməmiş cəriməsi var. /Oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər