İlham Əliyev “China National Chemical Engineering” şirkətinin sədri ilə görüşdü - FOTO
282
12:07, Bu gün

İlham Əliyev “China National Chemical Engineering” şirkətinin sədri ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
 
“China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd edib.
 
Sonda Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası “Seven LTD” arasında imzalanmış Çərçivə Sazişinin dövlətimizin başçısının və şirkətin sədrinin iştirakı ilə mübadiləsi olub.
 
Sənəd Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını nəzərdə tutur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər