Azərbaycanda qız məzun Hərbi İnstituta qəbul oldu - FOTO
1345
01 Sep 2025 | 14:59

Azərbaycanda qız məzun Hərbi İnstituta qəbul oldu - FOTO

Azərbaycanda qız məzun Heydər Əliyev adına Hərbi İnstituta qəbul olub.
 
Moderator.az xəbər verir ki, Nəhmətzadə Zərifə Eldəniz qızı ümumilikdə 450 bal toplayıb. O, 2008-ci ildə Astara rayonunun Alaşa kəndində anadan olub.
 
2014-ci ildə Elman Ağayev adına Səncərədi kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, sonra təhsilini Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə davam etdirərək həmin məktəbi 2025-ci ildə fəxri fərmanla bitirib.
 
III ixtisas qrupu üzrə blok imtahanında 247, buraxılış imtahanında isə 203 bal toplayaraq Heydər Əliyev adına Hərbi İnstitutun kursantı adına layiq görülüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər