Beynəlxalq forumda Azərbaycan multikulturalizmindən bəhs olundu - VİDEO
1158
01 Sep 2025 | 11:02

Beynəlxalq forumda Azərbaycan multikulturalizmindən bəhs olundu - VİDEO

Venesiya Film Festivalı çərçivəsində “Birləşdirən bağlar: Anlaşmaya və insan qardaşlığına səyahət” mövzusunda Forum keçirilib.
 
Bu barədə Moderator.az-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidmətindən bildirilib.
 
İnsan Qardaşlığının Ali Komitəsinin (HCHF) Daha Yaxşı Dünya Fondu (BWF) ilə birgə təşkil etdiyi Forum diplomatları, qlobal liderləri və incəsənət xadimlərini bir araya gətirib.
 
Tədbirdə kino və mədəniyyətin fərqliliklərin aradan qaldırılmasında oynadığı rol müzakirə olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Forumda məruzə ilə çıxış edib. Forumun İnsan Qardaşlığı Ali Komitəsinin baş müşaviri Malayziya Universitetinin dosenti Herizal Hazrinin moderatorluğu ilə keçən panelində Rəvan Həsənovala yanaşı UNESCO-nun elm, texnologiya və sahibkarlıq üzrə xoşməramlı səfiri, Malinin sabiq icraçı baş naziri Çeyk Modibo Diarra, Sülh üzrə Nobel Laureatlarının Dünya Sammitinin Daimi Katibliyinin sədri Yekaterina Zagladina, Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Ketevan Bochorishvili də çıxış edib, müzakirələr aparılıb.
 
Rəvan Həsənov məruzəsində Azərbaycanın multikulturalizm sahəsindəki təcrübələrini təqdim edib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələrdən danışıb. O vurğulayıb ki, Mərkəz Azərbaycanın multikultural dəyərlərini və cəmiyyətlərarası əməkdaşlığı təşviq edən beynəlxalq təşəbbüslərdə fəal iştirak edir, müxtəlif mədəniyyətlərin qarşılıqlı anlaşmasını və sosial harmoniyanı gücləndirmək məqsədilə layihələr həyata keçirir.
 
İcraçı direktor qeyd edib ki, Forumun Venesiya Film Festivalı çərçivəsində təşkil olunması incəsənətin və mədəniyyətin qlobal səhnədə birləşdirici gücünü, kinonun mədəniyyətlərarası dialoqun gücləndirilməsi və qlobal əməkdaşlıq üçün böyük bir vasitə olduğunu bir daha vacib edir. Məruzə maraqla qarşılanıb və müxtəlif suallar cavablandırılıb.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər