Ukrayna Ali Radasının sabiq sədri qətlə yetirildi - FOTO
2070
30 Aug 2025 | 15:05

Ukrayna Ali Radasının sabiq sədri qətlə yetirildi - FOTO

Ukraynanın Lvov şəhərində avqustun 30-da yerli vaxtla günorta saat 12 radələrində xalq deputatı, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi və Ali Radanın keçmiş spikeri Andrey Parubiy atışma nəticəsində öldürülüb.
 
Moderator.az-ın "RBC-Ukrayna" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Milli Polisinin "Telegram" kanalı və hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.
Polisin məlumatına görə, bu gün günorta radələrində Lvovun Frankovski rayonunda atışma olması barədə zəng daxil olub. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş yerindəcə keçinib. Müəyyən edilib ki, ölən şəxs 1971-ci il təvəllüdlü tanınmış ictimai-siyasi xadimdir.
 
Hüquq-mühafizə orqanları atəş açan şəxsin kimliyini və onun harada olduğunu müəyyən etmək üçün bütün tədbirləri görürlər. Bütün detallar cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və həcmdə açıqlanacaq.
Lvov Regional Dövlət Administrasiyasının rəhbəri Maksim Kozitskinin sözlərinə görə, Lvov vilayətində Andrey Parubiyi öldürən şəxsin axtarışları üçün bütün müvafiq xidmətlər cəlb olunub. Parubiyin həkimlər gələnə qədər öldüyü bildirilir.
Ukrayna "Telegram" kanallarının ilkin məlumatlarına görə, siyasətçiyə səkkiz dəfə atəş açılıb. Hücum edən şəxs çatdırılma xidmətinin kuryeri olub. O, cinayət yerindən qaçıb.
Parubiyi vuran şəxsin fotoşəkli də yayılıb.
 
Onun "Qlovo" xidmətinin kuryeri olduğu deyilir.
Şirkətin baş ofisi İspaniyadadır və onun xidməti Ukrayna da daxil olmaqla, 25-dən çox ölkədə mövcuddur.
 
Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında Parubiyin ölüm faktını təsdiqləyib.
 
"Ukraynanın daxili işlər naziri İqor Klimenko və baş prokuror Ruslan Kravçenko Lvovdakı dəhşətli qətl barədə indicə məlumat veriblər. Andrey Parubiy həlak olub. Ailəsinə və yaxınlarına başsağlığı verirəm.
 
İstintaqa və qatilin axtarışına bütün lazımi qüvvə və vasitələr cəlb olunub", - deyə o bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər