2078
30 Aug 2025 | 13:52

"Qarabağ" tarixinin ən bahalı transferini etməyə yaxındır - Fransadan hücumçu gətirir

"Qarabağ" yeni hücumçu transferini reallaşdırmağa yaxındır.
 
Moderator.azoxu.az-a istinadən xəbər verir ki, "atlılar" Fransanın "Loryan" klubunun seneqallı hücumçusu Sambo Sumano üçün rəsmi təklif göndərib.
 
İtaliyalı jurnalist Rudi Qalettinin "X" sosial şəbəkəsində paylaşdığı məlumata görə, Azərbaycan çempionu futbolçu üçün 2.5 milyon avro və əlavə olaraq 500 min avro bonus ödəməyə hazırdır.
 
 
Mənbəyə əsasən, "Qarabağ"ın təqdim etdiyi maaş paketi hücumçu ilə maraqlanan digər klubların təkliflərini də üstələyir. Məlumatda qeyd edilir ki, sabah Sambo Sumanonun gələcəyi ilə bağlı həlledici gün olacaq. Əgər keçid baş tutsa, Sambo "Qarabağ" tarixinin ən bahalı transferi ola bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər