İnstaqramdan həkim tapdı, yarımcan oldu
2533
30 Aug 2025 | 12:36

İnstaqramdan həkim tapdı, yarımcan oldu

Bakıda həkim səhlənkarlığı ucbatından daha bir qadın sağlamlığını itirib.
 
Moderator.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Fərhad Mehdiyev öz sosial şəbəkə hesabında paylaşım edib. 
 
“Bu gün prokurorluğa getmişdik, blogger bir xanımla, bir həkimi şikayət etməyə. Xanım İnstagramdan GÇ adlı bir ginekolog həkim tapır, o da onu AMANA deyə bir klinikada əvvəlcə müayinə edir; sonra da blogger xanıma "səndə analıq yollarında polip" var deyib Dövlət Sərhəd Xidmətinin hospitalında 12.05.2025-ci il tarixində əməliyyata alır. Əməliyyat elə bil pis keçmir amma, həkim də xəstəyə profilaktik antibiotik müalicəsi yazmır və təxminən 10 gün sonra pasientin qarın nahiyyəsində ağrlılar başlayır. 
 
15.06.2025 tarixində blogger xanım CQ adlı həkimə müraciət edir, Naxçıvan Mərkəzi Xəstəxanasında, bu da "səndə kör bağırsaq iltihabı var" deyib qızın sağlam bağırsağını götürür. Xanımın vəziyyəti pisləşir və o 01 İyul tarixində İstanbul Acbadem Hospitala uçur, orda 1 aylıq müalicə alsa da sol analıq borusunu almağa məcbur olurlar. Təxminən 40.000 azn də xərci çıxır” - hüquqşünas qeyd edib. 
 
 
F.Mehdiyev vətəndaşlara sosial mediada özünü reklam edən həkimlərin tələsinə düşməməyi məsləhət görüb: 
 
“İnstaqramdan həkim axtarıb tapmayın. Canınızı təslim etdiyiniz insanı dəqiq tövsiyyə ilə seçin. Əgər tövsiyyə edəcək dost, tanış yoxdursa, çalışın peşəkarlıqla tanınan müəssisəyə müraciət edin.
 
Nəticə: həkim yanına dəqiq referansla gedin. Bu işimizdə səhlənkar həkimlər xanımı az qala obiri dünyalıq edəcəkdilər, iltihab bütün bədənə yayıla bilərdi.”
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər