Bakıda NATO proqramı çərçivəsində treninqlər keçirildi - FOTO
1441
03 Jul 2025 | 13:38

Bakıda NATO proqramı çərçivəsində treninqlər keçirildi - FOTO

NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" (DEEP) çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində (MMU) treninqlər təşkil olunub.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Alyansın nümayəndə heyəti ilə keçirilən görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib.
 
Daha sonra hərbi təhsil üzrə mütəxəssislərimizin iştirakı ilə “Təhsildə keyfiyyətə nəzarət mexanizminin yaradılması və icra olunması” mövzusunda treninqlər keçirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər