İran Həsən Nəsrullah üçün dəbdəbəli məzar tikir - FOTO
1287
03 May 2025 | 13:21

İran Həsən Nəsrullah üçün dəbdəbəli məzar tikir - FOTO

İran "Hizbullah"ın keçmiş lideri Həsən Nəsrullah üçün onmilyonlarla dollara dəbdəbəli məqbərə tikməyi planlaşdırır.
 
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə Livanın "Əl-Cədid" agentliyi məlumat yayıb.
 
Mənbə H.Nəsrullahın dəfn mərasiminə külli miqdarda pul xərcləndiyinə və bu pulların İran vasitəsilə təmin edildiyinə də diqqət çəkib. Bildirilib ki, İran çamadanlarla dolu dollarları bankla deyil, qaçaq yollarla "Hizbullah"a ötürüb.
 
Qeyd olunub ki, H.Nəsrullahın dəfn edilməsi üçün nəzərdə tutulan yerin alınmasının dəyəri 50 milyon dollardır. Qəbrin tikintisinin də 50 milyon dollara başa gələcəyi təxmin edilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər