Bizi sosial şəbəkələrdən izləyin:
Məşhur türkiyəli aktrisa Merve Dizdarın özəl şirkətdə biznesin inkişafı üzrə menecer işləyən əri Cihan Ayger aktyorluq sektoruna ilk addımını atıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Cihan Ayger Merve Dizdarın baş rolunu oynadığı "Maqarsus" serialının ikinci və üçüncü bölümlərində kamera qarşısına keçib.
Aktrisa ərinin ilk aktyorluq cəhdini uğurlu hesab edib.
"Cico, sənin həyəcanından, o gözəl qəlbindən öpürəm. Heç vaxt unutmayacağım daha bir xatirə, canım mənim", - deyə o, paylaşımında bildirib.
Qeyd edək ki, bir çox tanınmış serial və filmlərdə rol alan və son zamanlar "Kral kaybederse" serialındakı performansı ilə diqqət mərkəzində olan Merve Dizdar 9 iyun 2024-cü ildə Cihan Aygerlə ailə həyatı qurub.














