Bizi sosial şəbəkələrdən izləyin:
İsveç Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayıb və tərəflərə çağırış edib.
Moderator.az-ın xəbərinə görə, bu barədə nazirliyin rəsmi "X" hesabında paylaşım edilib.
"İsveç Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzərində razılığa gəlməsi xəbərini alqışlayır və regionda davamlı sülh, sabitlik və firavanlığa töhfə vermək üçün onun tezliklə imzalanmasına çağırır", - deyə İsveç XİN paylaşımda bildirib.
