Matviyenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - FOTO
387
12:23, Bu gün

Matviyenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.
 
Moderator.az xəbər verir ki, ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər çiçəklər düzülüb.
 
Federasiya Şurasının sədri Valentina Matviyenko “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
 
***
 
Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
 
Moderator.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Link kopyalandı!
Son xəbərlər