Hindistanlılar tanınmış aktrisanı şoka saldı: “Maşınları göz önümdə yandırdılar, aşırtdılar”- ÖZƏL
468
09:05, Bu gün

Hindistanlılar tanınmış aktrisanı şoka saldı: “Maşınları göz önümdə yandırdılar, aşırtdılar”- ÖZƏL

Azərbaycanlı sənətçilər “Netflix”-də yayımlanan məşhur Hindistan filmində çəkiliblər.
 
Bu haqda Moderator.az-a açıqlamasında aktrisa Mətanət Eres məlumat verib.
 
O bildirib ki, filmdə xalq artistləri Vidadi Həsənov, Kazım Abdullayev, əməkdar artistlər Elxan Quliyev, Rövşən Kərimduxt və s. sənətçilər çəkilib:
 
“Hadisələr Hindistanda və Azərbaycanda baş verir. Mən həyatım boyu içki içən insan deyiləm, amma filmdə barda oturub sərxoş olan bir qadın rolunu oynayıram. Tərcüməçi vasitəsilə hindistanlılarla görüşdüm. Sınaq çəkilişlərində oynayandan sonra təsdiqləndim. Səhər saat 5-dən yığışıb çəkiliş meydançasına gedirdik. Ərazidə povilyon tikmişdilər. Aktyorlar üçün karavanlar var idi. Yorulanda istirahət edirdik, dincəlirdik. Tək bizim aktyorlar yox, hind aktyorları da çəkilirdilər. Hindistanlılarla dil tapa bilmişdik. Aktyora verilən dəyəri, hörməti gördüm. O gün olsun ki, bizdə də yaxşı işlər ortaya qoyulsun. Bizdə həqiqətən də işinin öhdəsindən gələn yaxşı rejissorlar var. Sadəcə hər şeyi maddiyat həll edir. Təsəvvür edin ki, bir filmə görə 4-5 maşın almışdılar. Birini aşırtdılar, birini yandırdılar. İnanın ki, şokda idim. Çünki çəkiliş bunu tələb edirdi. Filmə böyük büdcə ayrılmışdı. Bizim rejissorlara da yaxşı pul ayırsalar Hollivuda qədər gedib çıxarlar” deyə aktrisa bildirib.
 
Çəkilişlərdən fotoları sizlərə təqdim edirik.
Link kopyalandı!
Son xəbərlər