“Peşəkar teatr dərsləri” layihəsinin növbəti təlimləri Qazaxda keçirilib - FOTOLAR
717
11 Feb 2025 | 17:38

“Peşəkar teatr dərsləri” layihəsinin növbəti təlimləri Qazaxda keçirilib - FOTOLAR

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə 3-10 fevral tarixlərində Qazax Dövlət Dram Teatrında “Peşəkar teatr dərsləri” layihəsinin növbəti təlimləri baş tutub.
 
Moderator.az xəbər verir ki, rejissor Ceyhun Dadaşov və teatrşünas Dağlar Yusif tərəfindən keçirilən ustad dərsləri iştirakçılara təcrübə mübadiləsi, ixtisasartırma və aktyorluq  potensialının inkişaf etdirilməsi cəhətdən geniş imkanlar yaradıb. 
 
Regionlarda fəaliyyət göstərən teatrların rejissor və aktyorları üçün təşkil olunan  peşəkar teatr dərslərində aktyorların tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək bacarığı, səhnə sərbəstliyi və texnikası, pyesin mənimsənilmə prosesi, səhnə ritmika və plastikası, nitq mədəniyyəti kimi keyfiyyətlər təkmilləşdirilib.
 
Sözügedən layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.
 
Layihə çərçivəsində ölkənin müxtəlif regionlarında bənzər tədbirlərin təşkili nəzərdə tutulub.
Link kopyalandı!
Son xəbərlər