616
11 Feb 2025 | 16:14

"Sabah durub yazaram ki, Rusiyanın agenti filankəsdir" - Deputat danışdı

“Azərbaycanda keçmiş və indiki məmurların Rusiya agenti olması ilə bağlı məlumatı ancaq təhlükəsizlik orqanları açıqlaya bilərlər. Bundan başqa, kimsənin belə bir məlumat yaymaq hüququ yoxdur. Deyirlər ki, filankəslər Rusiyaya işləyirmiş. İndi də belələri var. Sabah durub yazaram ki, Rusiyanın agenti filankəsdir. Bu qəbulolunmazdır”.
 
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
 
Deputat bildirib ki, “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Bakı ilə Moskva arasında gərginlik hər ötən gün daha da artır:
 
 
“Buna səbəb Rusiyanın məsuliyyətdən qaçmaq cəhdidir. Kremlin inadkarlığı uzun müddət davam edə bilməz. Rusiya əvvəl-axır bu məsələyə görə, bütün məsuliyyəti üzərinə götürüb təzminat ödəyəcək. Bundan qaçmaq mümkün deyil. Gec-tez Moskva bunu etməyə məcbur olacaq”.
 
Aqil Abbas Azərbaycanda “Rus evi”nin bağlanmasına, rusdilli məktəblərin sayınınn çoxluğuna da münasibət bildirib:
 
“Bu gün orta mətkəblərdə şagirdlərin cəmi 5 faizi rus dilində təhsil alır. Bunları isə bağlamaq doğru deyil. Azərbaycanda rus və başqa dillərə qadağa qoyulmayıb. Bu qanunla tənzimlənir. Hər kəs öz dilində danışa və təhsil ala bilər”.
 
Qeyd edək ki, fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması barədə xəbər yayılıb. İddiaya görə, şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa, həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.
 
Link kopyalandı!
Son xəbərlər