Dövlət Vergi Xidmətinin kollektivi Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
321
15:15, Bu gün

Dövlət Vergi Xidmətinin kollektivi Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Dövlət Vergi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
 
Moderator.az xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.
 
Bildirilib ki, fevralın 11-də - Vergi Xidməti İşçilərinin Peşə Bayramı Günündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə qızılgül dəstələri düzüblər. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb.
 
Daha sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad edib, məzarların üzərinə al qərənfillər düzüblər. "Əbədi Məşəl" abidə kompleksinin önünə əklil qoyulub.

Link kopyalandı!
Son xəbərlər