“Gücümü toplayıb ayağa qalxa bilmişəm, atam yaşasaydı məni dəstəkləyərdi” - FOTO + ÖZƏL
587
13:26, Bu gün

“Gücümü toplayıb ayağa qalxa bilmişəm, atam yaşasaydı məni dəstəkləyərdi” - FOTO + ÖZƏL

“Mən xoşbəxt insanlardan sayıla bilərəm. Bu həyatda Allahdan nə istəmişəmsə gec-tez onu mənə verib. Gözəl ailədə böyümüşəm. Qürur duyduğum şəhid atam, mərd anam, qızıl ürəkli bacılarım, əzizlərim, doğmalarım və Allahın mənə verdiyi ən böyük hədiyyə-gülərüzZərifə qızım var. Sevdiyim işim, sənətim var”.
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Məsmə Aslanqızı deyib.
 
O daha sonra əlavə edib:
 
“Düzdür, mən də hamı kimi çox çətinliklərdən, enişli-yoxuşlu yollardan keçmişəm. İnandığım, sevdiyim bəzi insanlar mənə də arxadan zərbələr vurublar. Kim bunlardan keçməyib ki? Əsas odur gücümü toplayıb ayağa qalxa bilmişəm. Özü də dəfələrlə! Heç kəsin qarşısında əyilməmişəm, zəmanəmizin böyük bəlası olan yaltaqlıq virusuna yoluxmamışam! Mənim ən böyük sərvətim onların sevgisidir! Əsas odur ki, hansı sənətdə olursansa ol simanı itirmə! Pis adamlar hər sahədə var. Bu gün ətrafımda gözəl insanlar var. Təbrikləri gecə saat 12-dən almağa başlamışam. Qonşularım hay-küylə, oxuya-oxuya, tortla, gül-çiçək dəstələri ilə məni təbrik etməyə gəliblər. Bu mənim üçün dünyaya dəyər! Hər şeyə görə çox sağ olsunlar. Sevgi, diqqət, duaları üçün var olsunlar”.
 
Tanınmış aktrisa deyir ki, Vikipediyada haqqında olan bəzi məlumatlar silinib:
 
“27 yaşımda fəxri ad almışam, saysız-hesabsız rollar oynamışam, 9 il Heydər Əliyev Fondunda işləmişəm. Təəssüf ki, bəzi məlumatlar Vikipediyada silinib. Bəziləri var, bəziləri yoxdur”.
 
Aktrisa arzuladığı rollardan da danışıb:
 
“Mən çox istərdim ki, 20 Yanvar haqqında bir film çəkilsin, mən də o filmdə rol alım. Və ya elə teatrımızın səhnəsində də 20 Yanvar haqqında tamaşa qoyulsun, o tamaşada iştirak edim. Təəssüf ki, 35 il ərzində hələ də 20 Yanvar haqqında tutarlı, həqiqətləri əks etdirən bir film çəkilməyib. Mənim atam Aslan Ağaverdiyev 20 Yanvar şəhididir. Məncə atam yaşasaydı bir övlad kimi məndən razı olardı və məni bu işimdə dəstəkləyərdi”, - deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər