Evi yararsız hala düşən ailə üçün müvəqqəti çadır quruldu - FOTO
1074
10 Feb 2025 | 15:18

Evi yararsız hala düşən ailə üçün müvəqqəti çadır quruldu - FOTO

Şabranda evi yararsız vəziyyətə düşən ailə üçün müvəqqəti çadır qurulub.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
 
Məlumata görə, FHN-ə Şabran rayonunun Sincanboyad kəndində Təbriz Eyvaz oğlu Qurbanova məxsus fərdi evin yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
 
Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
Link kopyalandı!
Son xəbərlər