1287
10 Feb 2025 | 12:52

"Azərişıq" ASC-nin rəhbər heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edi - FOTOLAR

"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümü ilə əlaqədar qurumun əməkdaşları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib. ASC-nin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
 
Moderator.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
 
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə isə əklil qoyulub.
Link kopyalandı!
Son xəbərlər