Türkiyənin Muğla şəhərində universitet oxuyarkən kitabxanada tanış olan 27 yaşlı Gülbahar Aslan ilə 30 yaşlı Nigerli Fasial Yasine Batman şəhərində keçirilən mərasimlə nişanlanıblar.
Türkiyə mətbuatı xəbər verir ki, Nigerdən Türkiyəyə universitet oxumağa gələn Fasial 2019-cu ildə kitabxanada dərs oxuyarkən, eyni universitetdə Uşaqların Tərbiyəsi üzrə təhsil alan Batmanlı Gülbahar Aslan ilə tanış olub.
EVLİLİK QƏRARINI ALIBLAR
Bir müddət dostluq edən cütlük evlənmə qərarı alıblar. Qız istəmə mərasimində universitetdən bir müəllim Gülbaharı onun üçün atasından istəyib. Ardınca onlar üzük taxaraq nişanlanıblar.
Nişan mərasimində Nigerdən gələn Fasialin qardaşı və dostları da iştirak ediblər. Üzüklər taxıldıqdan sonra cütlük rəqs edib. Mərasimdə Fasialin Nigerdəki ailəsi də telefonla görüntülü danışıb.
"UNİVERSİTƏDƏ QALMAQ İSTƏYİRƏM"
Gülbahar ilə dostluqlarının zamanla irəlilədiyini qeyd edən Yasine "2014-cü ildə Nigerdən universitet oxumaq üçün Muğlaya gəldim. Mən normalda çox çalışqan bir adamam. Həmişə kitabxanadayam. Şükürlər olsun ki, çalışqanam. Dərs oxuyurdum. O zaman xanım qarşıma çıxdı. Əlbəttə, əvvəlcə çox gözəl dostluğumuz oldu. Birlikdə çox gözəl şeylər paylaşdıq. Çətin anlarda, yaxşı anlarda birlikdə olduq, amma o zamanlar sadəcə dostluq duyğusu vardı. Sonra baxdıq, zamanla duyğular dəyişir. İnsan qarşısındakı şəxs ilə çox vaxt keçirəndə onu tanıyır.
Tanıyandan sonra da görürsən. Əlbəttə, onun arxasınca çox getdim, amma mən də nə istəyirəmsə, onu əldə etmək üçün əlimdən gələni edirəm və çox şükür, indi alındı. Hələ heç nə olmadan, yəni daha dəqiq olmadan ailəmə dedim: 'Bir qız gördüm, çox bəyənirəm' dedim. Çünki onlar bilsinlər, daha addım atmadan bilsinlər, deyə söylədim. Çox maraqlandılar. Anlatdım onlara. Yəni onlar bizim əlaqəmizi bir il əvvəl biliblər. Muğlada Riyaziyyat fakültəsində oxuyuram. Doktoranturadayam, sonra universitetdə qalmağı düşünürəm. Türkiyəni çox sevirəm. Həyatımın eşqi ilə də burada qarşılaşdım", deyib.
"AİLƏLƏR ÖNCƏ TƏƏCCÜBLƏNSƏ DƏ..."
Ailələrinin əvvəlcə təəccübləndiklərini qeyd edən Gülbahar "Muğlada Uşaqların Tərbiyəsi fakültəsini qazanaraq getdim. O il imtahan həftəsində kitabxanaya gedərkən Fasial ilə tanış oldum. Bu şəkildə 2-3 il ərzində çox gözəl yaxın dostluğumuz oldu. Sonradan bu dəyişdi. Daimi olaraq bəzi şeyləri paylaşırıq. İşləri, gücləri paylaşarkən bir-birimizə çox uyğun olduğumuzu gördük. Duygusal olaraq da duyğularımız dəyişdikcə, birgə daha çox vaxt keçirməyə başladıq və evliliyə addım atma qərarı aldıq. Ailələr əvvəlcə təəccüblənsələr də, sonradan hörmət etdilər və proses bu şəkildə irəlilədi", deyə bildirib. /Milli.az/