Oğuzda NARKOTİK ƏMƏLİYYATI - Üç nəfər saxlanıldı - FOTO/VİDEO
444
14:32, Bu gün

Oğuzda NARKOTİK ƏMƏLİYYATI - Üç nəfər saxlanıldı - FOTO/VİDEO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
 
Bildirilib ki, həyata keçirilən tədbirlərlə Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb.
 
Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub.
 
Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.
 
Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Link kopyalandı!
Son xəbərlər