Aysel Polad Bülbüloğlunun ad günü gecəsindən FOTOlar paylaşdı
402
13:45, Bu gün

Aysel Polad Bülbüloğlunun ad günü gecəsindən FOTOlar paylaşdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyi olub.
 
Millət vəkili bu münasibətlə Heydər Əliyev sarayında konsert verib. Bunun ardınca isə P.Bülbüloğlu özəl gecəsini şəhər restoranlarından birində qeyd edib.
 
Ziyafətdə hökumət və dövlət nümayəndələri, deputatlar, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət üzvləri iştirak ediblər.
 
Gecədən fotoları "Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə paylaşıb. Şəkillərdə Xalq artistləri Elçin Əzizov, Yusif Eyvazov, keçmiş mədəniyyət Naziri Əbülfəs Qarayev və xanımı Lalə Kazımova və başqaları yer alıblar. (Axşam.az)

Link kopyalandı!
Son xəbərlər