Elm və Təhsil Nazirliyi brifinq keçirir - FOTO
320
15:25, Bu gün

Elm və Təhsil Nazirliyi brifinq keçirir - FOTO

Elm və Təhsil Nazirliyinin ənənəvi brifinqi keçirilir.
 
Moderator.az-ın xəbərinə görə, elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu günə kimi 64 min 901 müəllim sertifikatlaşdırmaya cəlb olunub.
 
Nazir qeyd edib ki, 55 min 510 təhsilverənin əməkhaqqısına əlavələr edilib:
 
"İbtidai siniflər üzrə 13 min 852, Azərbaycan dili və ədəbiyyat üzrə 9892, riyaziyyat üzrə 8807, xarici dil üzrə 13 min 957 təhsilverən sertifikatlaşdırmaya cəlb olunub. İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılmasının hər iki mərhələsi, riyaziyyat və xarici dil müəllimlərin sertifikatlaşdırılmasının birinci mərhələsi başa çatıb".

Link kopyalandı!
Son xəbərlər