Bizi sosial şəbəkələrdən izləyin:
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının rayonun Əsgərabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2115 və "Mercedes-Benz" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan beş nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.