Əhməd əş-Şaraanın xanımının babası Osmanlı sultanının həkimi olub - FOTO
378
14:03, Bu gün

Əhməd əş-Şaraanın xanımının babası Osmanlı sultanının həkimi olub - FOTO

Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraanın həyat yoldaşı Latifa əl-Durubinin ailə bağlarının Osmanlı dövlətinə qədər gedib çıxdığı məlum olub.
 
Türkiyə KİV-i xəbər verir ki, onun babasının Osmanlı sultanı II Əbdülhəmidin həkimi olduğu öyrənilib.

Bildirilir ki, sonuncu dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ilə görüşərək gündəmdə olan Latifa əl-Durubi köklü ailədən gəlir.

Onun babası Ələəddin əl-Durubi II Əbdülhəmidin həkimi olub.
 
Qeyd edək ki, Latifa əl-Durubi əslən Suriyanın Homs şəhərindəndir. O, ərəb dili və ədəbiyyatı üzrə ali təhsil alıb. Cütlüyün üç övladının olduğu bildirilir. /Oxu.az/

Link kopyalandı!
Son xəbərlər