365
12:47, Bu gün

"Əhməd haradadır?" filminin "Leyla"sının doğum günüdür - FOTO

Bu gün Azərbaycan kino aktrisası, pianoçu Töhfə Əzimovanın doğum günüdür.
 
Görkəmli aktrisa 1938-ci ilin 6 fevralında Bakıda doğulub. Onun əsl sənəti fortepiano müəllimliyi olub.
 
Həyat yoldaşı, kino rəssamı Cəbrayıl Əzimovla 1957-ci ildə "Qızmar günəş altında" filminin çəkilişləri zamanı tanış olub.
 
 
Cütlük 1958-ci ildə ailə həyatı qurub.
 
Aktrisa kimi iki filmdə - "Əhməd haradadır?"da Leyla, "Qızmar günəş altında" filmində isə "Nərminə" rolu ilə yaddaqalan obrazlar yaradıb.
 
 
Həyat yoldaşı Cəbrayıl Əzimov 1969-cu ildə yeganə oğlu Elman və onun dostlarını Şıxov çimərliyinə apararkən avtoqəzaya düşüb və həlak olub.
 
 
Bundan sonra Töhfə Əzimova oğlunu tək böyüdüb və ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyib.
 
 
Töhfə Əzimova 2003-cü il fevralın 4-də vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilib. /Oxu.az/
Link kopyalandı!
Son xəbərlər